İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsinin həbs olunmasına çağırıb

Tarix: 02 Jan 2026 22:16

"SpaceX" şirkətinin qurucusu İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs edilməsinə çağırıb.

APA xəbər verir ki, Mask bununla bağlı açıqlamanı X sosial şəbəkəsində yazıb. O, somalili diplomatın ABŞ-da maliyyə maxinasiyalarında mümkün iştirakı ilə bağlı iddiaları şərh edərkən “onu həbs edin” ifadəsini yazıb.

Paylaşımda bildirilib ki, Abukar Dahir Osman əvvəllər ABŞ vergiödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilən və sonradan Medicaid proqramı çərçivəsində dələduzluqda təqsirli bilinən tibbi şirkətin sahibi olub. Həmçinin qeyd olunub ki, diplomat guya dövlət qurumunda Medicaid məsələləri üzrə nəzarətçi vəzifəsində çalışıb.

Abukar Dahir Osman 1 yanvar 2026-cı ildən etibarən aylıq rotasiya prinsipi əsasında BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etməyə başlayıb. Somali isə 2025–2026-cı illər dövrü üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.

Xəbər Lenti