Mexikoda zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb

Tarix: 02 Jan 2026 23:54

Meksikanın paytaxtı Mexikoda baş verən zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə paytaxtın meri Klara Bruqada "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, dövlət qurumları zəlzələnin nəticələrinin qiymətləndirilməsini davam etdirir, yaşayış və inzibati binalar, eləcə də kritik infrastruktur obyektləri yoxlanılır.

Meksikanın Milli Seysmoloji Xidmətinin ilkin məlumatına əsasən, zəlzələnin maqnitudası 6,5 olub. Yeraltı təkanların episentri Qerrero ştatında San-Markos şəhərindən 15 kilometr cənub-qərbdə yerləşib, ocaq təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Qeyd edək ki, Meksika prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransını zəlzələ ilə bağlı xəbərdarlıq sisteminin işə düşməsi səbəbilə yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Xəbər Lenti