Şənbə, 3 Yanvar, 2026
Tarix: 03 Jan 2026 01:15
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidenti Donald Trampın İranda etiraz aksiyalarına dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib.
APA xəbər verir ki, diplomat bu barədə X hesabında yazıb. Nazir bildirib ki, “İranın böyük xalqı ölkənin daxili işlərinə hər hansı müdaxiləni qətiyyətlə rədd edəcək”.
Araqçi əlavə edib ki, ölkənin silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir və İranın suverenliyi pozularsa, zərbələrin hara endiriləcəyini dəqiq bilirlər.