Bakıda təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub, ölən var - VİDEO

Tarix: 03 Jan 2026 02:16

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın əldə etdiyi məlumata görə, təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub.

Qəza nəticəsində motosikleti idarə edən şəxs hadisə yerində həyatını itirib. Ölən şəxs çatdırılma xidmətində çalışıb.

Hadisə zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü də ağır xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/apa_az/111362

Sənan Bəhrəmli

Xəbər Lenti