Qubada minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb - VİDEO

Tarix: 03 Jan 2026 02:02

Quba rayonu ərazisində avtomobil qarlı hava şəraiti səbəbindən yoldan çıxaraq aşıb. APA-nın şimal bürosunun məlumatına görə, qəza zamanı avtomobildə olan azyaşlı hadisə anını lentə alıb.

Buzlu yolda idarəetməni itirən avtomobil yolun kənarındakı qayalıq əraziyə aşıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Cəfər Talıb

Xəbər Lenti