Arizonanın dağlıq ərazisində helikopter qəzaya uğrayıb

Tarix: 03 Jan 2026 03:46

ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığındakı dağlıq ərazidə şəxsi helikopter qəzaya uğrayıb. APA xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Hadisə yanvarın 2-də yerli vaxtla saat 11:00 radələrində baş verib. Helikopterin göyərtəsində dörd nəfərin olduğu bildirilir. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Xilasetmə xidmətləri qəza yerinə çatmağa çalışır. Hadisə ilə bağlı araşdırmanı ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası aparacaq.

Xəbər Lenti