Şənbə, 3 Yanvar, 2026
Tarix: 03 Jan 2026 03:17
Çexiya Ukraynaya dövlət büdcəsindən maliyyə vəsaiti ayırmayacaq. APA xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri Andrey Babiş "Denik" xəbər portalına müsahibəsində bildirib.
“Biz artıq Ukraynaya dövlət büdcəsindən pul verə bilmərik, çünki ölkə daxilində hətta məktəb yeməkxanalarının işçilərinə ödəniş etməkdə çətinlik çəkirik”, – deyə baş nazir qeyd edib.
Babiş vurğulayıb ki, Çexiya Ukraynaya siyasi dəstəyini davam etdirir, lakin Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutulan növbəti iri kreditinə zəmanət verməkdən imtina edib.