Şənbə, 3 Yanvar, 2026
Tarix: 03 Jan 2026 06:07
Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın Avropa İttifaqını Rusiya və Çinlə hərbi münaqişəyə cəlb etmək istədiyini bildirib.
APA xəbər verir ki, Dmitriyev bunu X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Avropa İttifaqı haqqında danışılarkən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Kaya Kallasın mövqelərini xatırlamaq kifayətdir.