Gəncədə bir-birinə bitişik üç evdə yanğın söndürülüb- FOTO - YENİLƏNİB

Tarix: 03 Jan 2026 09:11

Gəncədə bitişik evlərdə qeydə alınan yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yağınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yağınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

***

08.33

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Fuad Nazimoğlu Gəncə yanğın

Xəbər Lenti