Venesuela paytaxtında partlayışlar qeydə alınıb

Tarix: 03 Jan 2026 10:22

Venesuelada partlayışlar qeydə alınıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.

Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib.

Bəzi mənbələr partlayışların hava hücumu nəticəsində baş verdiyini iddia edir.

Venesuela partlayış Karakas

Xəbər Lenti