Dünya bazarlarında neft cüzi ucuzlaşıb

Tarix: 03 Jan 2026 09:55

Dünya əmtəə bazarlarında neft qiymətləri cüzi azalıb.

“APA-Economics” xəbər verir ki, dünya neft bazarında qiymətlər üzrə zəif eniş müşahidə olunub. Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin fevral fyuçerslərinin qiyməti 0,17% azalaraq 57,32 ABŞ dolları/barel səviyyəsində formalaşıb. Londonun ICE birjasında Brent markalı xam neftin mart fyuçersləri isə 0,16% ucuzlaşaraq 60,75 ABŞ dolları/barel olub.

Qeyd edək ki, neft bazarında müşahidə olunan bu dinamika qlobal iqtisadi artımla bağlı ehtiyatlı gözləntilər, ABŞ-da kommersiya neft ehtiyatlarının yüksək səviyyədə qalacağına dair proqnozlar, eləcə də əsas istehsalçı ölkələrdən tədarükün yaxın dövrdə məhdudlaşdırılacağına dair yeni siqnalların olmaması fonunda formalaşıb.

Rahim Tarıverdiyev Dünya bazarları neft

Xəbər Lenti