“Onun yaşı bir dəyərdir”

Tarix: 11 Jan 2024 20:58

ABŞ-nin 81 yaşlı prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden ərinin ikinci müddətə seçilmək üçün çox qoca olması fikri ilə razılaşmadığını deyib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə MSNBC-yə müsahibəsində danışıb.

“Onun yaşı bir dəyərdir. Onun müdrikliyi, təcrübəsi var, hər bir dünya liderini tanıyır”, - Cil Bayden bildirib.

ABŞ-nin birinci xanımı əlavə edib ki, əri tarixin indiki məqamında iş üçün uyğun insandır.

Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Onun yaşına görə yenidən seçilib-seçilməməsi ilə bağlı mübahisələr həm Respublikaçılar, həm də Demokratlar arasında intensivləşir. Baydenin bəzi partiya üzvləri açıq şəkildə onu seçki kampaniyasında sonrakı iştirakdan imtina etməyə çağırırlar. 2029-cu ildə mümkün ikinci prezidentlik müddətinin sonunda Baydenin 86 yaşı tamam olacaq.

Xəbər Lenti