Zelenski Latviyadadır

Tarix: 11 Jan 2024 20:35

Ukrayna Prezidenti Volodimir Zelenski Latviyada səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Krişjanis Karinş “X” sosial şəbəkə hesabında bildirib.

“Latviya Ukraynanın azadlıq və müstəqillik uğrunda mübarizəsini qətiyyətlə dəstəkləyir”, - o paylaşımında qeyd edib.

Xatırladaq ki, Prezident Zelenski Baltikyanı ölkələrə səfəri çərçivəsində dünən Vilnüsdə, bu gün isə Tallində olub.

Xəbər Lenti