ABŞ Rusiyaya qarşı sanksiyaları yeniləyib

Tarix: 11 Jan 2024 20:28

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) iki şirkət, üç təyyarə və “224-cü Uçuş Dəstəsi” dövlət aviasiya şirkətinin direktoru Vladimir Mixeyçiki Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ maliyyə departamentinin mətbuat xidməti məlumat yayıb.

ABŞ rəsmiləri bildirib ki, məhdudiyyətlərə Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzi - Aşuluk poliqonu (Həştərxan vilayəti), Vladimir Qabaqcıl Hərbi Araşdırmalar Kompleksi (Həştərxan vilayəti) və İl-76MD, An-124 və İl-76 təyyarələri daxildir.

Qeyd edək ki, dekabrın sonunda ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli dörd şirkət və bir neft tankerini sanksiyalar siyahısına əlavə edib.

Xəbər Lenti