, 15 Ferval, 2026
Tarix: 03 Jan 2026 14:22
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralında, rayonun Qarabörk kəndi ərazisində baş verib.
"Nissan" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Mingəçevir şəhər sakinləri - 1979 - cu il təvəllüdlü Gülnarə Qaçayeva və 1961- ci il təvəllüdlü Gümanə Namazova xəsarət alıb .
Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov Ucar qəza yol

