Bazar ertəsi, 5 Yanvar, 2026
Tarix: 03 Jan 2026 17:56
Şabranda mənzilin tavanı çöküb.
APA-nın Şimal bürosu xəbər verir ki, şəhərin dəmir yolu stansiyası ətrafında olan iki mərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.
Şabran rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil. Fakt araşdırılır.
Cəfər Talıb Şabran mənzilin tavanı çökmə xəsarət

