Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 11 Jan 2024 23:34
Ekvador həbsxanalarının mühafizəçiləri və texniki işçiləri də daxil olmaqla ümumilikdə 178 nəfər dustaqların girovluğundadır.
APA-nın məlumatına görə, bu barədə Ekvador penitensiar xidmətinin məlumatında deyilir.
“Hazırda həbsxana sistemində baş verən iğtişaşlar və insidentlərlə əlaqədar El Oro, Kotopaksi, Loja həbsxanalarında girov saxlanılan penitensiar xidmətin 158 əməkdaşının, o cümlədən 20 inzibati-texniki işçinin azadlığa buraxılması istiqamətində işlər aparılır”, - departamentdən bildirilib.
“Biz həbsxana işçilərini, eləcə də dustaqları xilas etmək üçün daim, ardıcıl və məsuliyyətlə işləyirik”, - deyə xidmət əlavə edib.