Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 12 Jan 2024 01:09
Qəzzadan olan 85 xəstə və 106 yaralı müalicə olunmaq üçün Misirdən Türkiyəyə gətirilib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, müalicə üçün Türkiyəyə gətirilən Qəzzalı xəstələrlə bağlı bunları deyib: “Biz millətimiz adına bu humanitar məsuliyyəti yerinə yetirəcəyik. Bu müqəddəs gecədə xəstələrimizə şəfa diləyirik. Səylərimiz davam edəcək”.
Bu, hücumlar səbəbiylə müalicəsini davam etdirə bilməyən xəstə və yaralılar üçün Türkiyə, Misir və İsrail ilə koordinasiyalı şəkildə həyata keçirilən sayca 7-ci təxliyədir.
Bu çərçivədə xəstə və yaralılar, Misirin Əl-Ariş Hava Limanından-Ankara Etimesgut Hərbi Hava Limanına gətirilib.






