Türkiyə ordusu yenə şəhid verdi

Tarix: 12 Jan 2024 04:56

İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının keçirdiyi sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub:

“Bir qəhrəman silahdaşımız isə yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb”.

Hazırda 2022-ci ilin aprelindən başlayan əməliyyatlar davam etdirilir.

Xəbər Lenti