BVF Pakistan üçün 700 milyon dollar ayırıb

Tarix: 12 Jan 2024 07:17

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Pakistana 700 milyon dollarlıq tranşın ayrılmasını təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“İdarə Heyətinin qərarı təxminən 700 milyon dollara bərabər olan 528 milyon SDR (special drawing rights - xüsusi borclanma hüququ: Beynəlxalq Valyuta Fondu çərçivəsində hesab vahidləri – red.) məbləğinin dərhal buraxılmasını nəzərdə tutur”, - BVF-nin açıqlamasında deyilir.

2023-cü ilin noyabrında BVF ekspertləri və Pakistan Maliyyə Nazirliyinin nümayəndələri respublikaya 700 milyon dollar məbləğində yeni tranşın verilməsi barədə işçi səviyyəsində razılığa gəliblər.

Xəbər Lenti