Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 12 Jan 2024 06:35
London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.
APA-nın “Al Mayadeen” telekanalına istinadən verdiyi məlumata görə, bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi bildirib.
"Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, London və Vaşinqton yüksək qiymət ödəməyə hazır olmalıdırlar", - diplomat vurğulayıb.