Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 12 Jan 2024 07:57
Rusiya davamlı olaraq Ukraynada xarici silahların oğurlanması hallarının qeydə alındığı barədə dezinformasiya yaymağa çalışır.
APA-nın “RBC-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun sözçüsü Patrik Rayder videobrifinq zamanı deyib.
“Bu gün ABŞ-dan Ukraynaya ötürülən silahların səhv əllərə keçə biləcəyinə dair heç bir etibarlı sübut yoxdur”, - Pentaqonun spikeri bildirib.
Onun sözlərinə görə, Rusiya müxtəlif informasiya kanalları vasitəsilə daim dezinformasiya yaymağa çalışır.
“Amma fakt odur ki, biz ukraynalıların döyüş meydanında onlara verilən silahlardan səmərəli istifadə etdiklərini görürük”, - Rayder vurğulayıb.