Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 12 Jan 2024 10:10
Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəliyi öz teleqram kanalında paylaşıb.
İclas bu gün Bakı vaxtı ilə 19:00-a təyin edilib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına qarşı əməliyyata başlayıb.