Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 12 Jan 2024 11:13
İtaliyanın Baş naziri Giorgia Meloni Türkiyəyə səfər edəcək.
APA "Hürriyet"ə istinadən xəbər verir ki, səfər yanvarın 20-də baş tutacaq.
Baş nazir Meloninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir. İki liderin görüşündə Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Türkiyənin Aİ-yə üzvlüyü və iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağı gözlənilir.