Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 12 Jan 2024 12:04
ABŞ-ın Yəmənə endirdiyi zərbələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif edilməsinə və regionda vəziyyəti gərginləşdirmək üçün beynəlxalq hüquqa tam məhəl qoymamağa daha bir nümunədir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb.
“ABŞ-ın Yəmənə qarşı hava hücumları anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamalarının növbəti nümunəsidir” - deyə Zaxarova bildirib.