KİV: Ermənistanın Milli Qəhrəmanı Qarabağın erməni sakinini yaralayıb

Tarix: 12 Jan 2024 13:05

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.

APA xəbər verir ki, bu barədə ArmLur.am portalı məlumat yayıb.

Onun İrəvandakı otellərdən birində gizləndiyi bildirilib.

Bundan əvvəl, mətbuatda Xaçatryanın sərxoş halda münaqişə zamanı restoranda atəş açması, tədbirin qonaqlarından birini yaralaması barədə məlumatlar yayılıb.

Zərərçəkmiş şəxsin Qarabağın erməni sakini olan Hrayr Mnatsakanyan olduğu bildirilir. O, tibb müəssisəsinə müalicəyə aparılıb.

Xatırladaq ki, general-leytenant Tiran Xaçatryan Ermənistanın Milli Qəhrəmanıdır.

Xəbər Lenti