MDB PA-nın Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidəçilər qrupunun koordinatoru təyin edilib

Tarix: 12.01.2024 16:11

Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanov Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB PA-dan müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, onun namizədliyini Qazaxıstan Senatı irəli sürüb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.

Əhməd Əkbərov

Xəbər Lenti