Ukraynada hərbçi bölük komandirinin müavinini güllələyib, sonra intihar edib

Tarix: 12 Jan 2024 18:36

Ukraynanın Nikolayev vilayətinin Berezneqovatoe qəsəbəsində çavuş bölük komandirinin müavinini, daha sonra özünü güllələyib.

APA xəbər verir ki, bu barədə yerli “Strana” nəşri prokurorluğa istinadən məlumat yayıb.

İnsident yanvarın 7-də axşam saat 21:00 radələrində baş verib. Prokurorluğun məlumatına görə, bölüyün çavuşu öz avtomatından komandirə 6 dəfə atəş açıb.

"Berezneqovatı kəndində hərbi qulluqçu, ona təyin edilmiş avtomatdan bölük komandirinin müavininə 6 atəş açıb. Hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Biz hadisəni araşdırırıq”, - hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

Xəbər Lenti