Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 12 Jan 2024 20:35
Moskvanın şimal-şərqində mənzildə yanğın baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, yanğın nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.
Yanğın Akademik Komarova küçəsində, ev 14-ün birinci mərtəbəsində yerləşən mənzildə baş verib.
"İkinci mərtəbədən xilas edilən daha iki uşaq isə xəsarət alıb", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının sahəsi 15 kvadratmetr olub.
Moskva prokurorluğu yanğın və ölüm faktını təsdiqləyib.