“Bunun nəticəsində bütün planet alovlana bilər”

Tarix: 12 Jan 2024 22:56

“Dünya nəhəng hadisələr ərəfəsindədir, bunun nəticəsində bütün planet alovlana bilər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, ilin çox çətin keçəcəyini proqnozlaşdırıb.

“Sizi xəbərdar etmək istəyirəm. Bu gün o qədər çətin vəziyyətdəyik ki, sanki nazik buzun üzərində yeriyəcəyik. Diqqətsiz bir addım və biz boğulub dövləti alt-üst edə bilərik. Ona görə də bu il çox çətin olacaq. Bütün hadisələrə əsasən, çox səs-küylü olmalıdır. Amma biz onu sakit saxlamaq üçün hər şeyi etməliyik”, - Lukaşenko bildirib.

Xəbər Lenti