İsrail Qəzzaya dərman göndərəcək

Tarix: 12 Jan 2024 23:50

İsrail hakimiyyəti Qətərin vasitəçiliyi ilə Qəzza zolağında HƏMAS-ın girov saxladığı şəxslərə dərmanların köçürülməsi prosesinə razılıq əldə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında Mossad rəhbəri David Barnea Qətərlə birlikdə Qəzzada HƏMAS terror təşkilatı tərəfindən girov götürülənlərə tibbi ləvazimatların ötürülməsinə imkan verəcək addımlar atıb. Bu, İsrailin Suriyaya humanitar yardımının bir hissəsidir”, - məlumatda deyilir.

Ofisdən qeyd edilib ki, bu dərmanlar yaxın bir neçə gün ərzində anklavlara çatdırılmalıdır.

Xəbər Lenti