- Bazar ertəsi, 30 Dekabr, 2024
Tarix: 13.01.2024 00:30
Estoniya doğum səviyyəsinə görə antirekord qırıb. Belə ki, 2023-cü ildə respublikada 10 721 uşaq doğulub, bu da bir il əvvəlkindən 850 uşaq və ya demək olar ki, 8 faiz azdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Estoniya Statistika Departamenti məlumat yayıb.
“2022-ci ildə, keçən əsrdə ilk dəfə olaraq, Estoniyada 12 mindən az uşaq doğulub, sonra illik göstərici 12 faiz azalaraq, doğum nisbəti antirekord təşkil edib”, - hesabatda deyilir.
Son bir ildə əhalinin təbii artımı yenidən mənfi göstərici olub və 5111 nəfər təşkil edib.