Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 13 Jan 2024 00:25
Türkiyə ordusunun İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən biri şəhid olub.
APA xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həkimlərin müdaxiləsinə baxmayaraq, səkkiz yaralı hərbçidən biri ölüb.
***
12.01.2024
Saat 22:55
İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 5 türk əsgəri şəhid olub, 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatların davam etdiyi bildirilib.