Tusk Ukraynaya səfər edəcək

Tarix: 13 Jan 2024 01:10

Polşanın Baş naziri Donald Tusk yaxın günlərdə Ukraynaya səfər etmək niyyətində olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın “Polsat News” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Tusk səfərdən əvvəl Polşa Prezidenti Anjey Duda ilə missiyanın mahiyyətini müzakirə etməyi planlaşdırır. Baş nazirin sözlərinə görə, o, bütövlükdə Polşa hakimiyyətinin Kiyevlə bağlı məsələlərdə həmrəylik nümayiş etdirəcəyini gözləyir.

Xəbər Lenti