Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

Tarix: 05 Jan 2026 17:22

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub.

APA xəbər verir ki, 2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən təqdim olunan müxtəlif əsərlər Omanın, həmçinin bir çox ölkələrin bədii yaradıcılıq cəhətdən zənginliyini və rəngarəngliyini nümayiş etdirir.

Qeyd edək ki, bura ərəb dünyasında ikinci ən böyük Opera Evi hesab olunur.

Sultan Opera Evi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq mövcuddur.

Heydər Əliyev Fondu Leyla Əliyeva Maskat Sultan Opera Evi

Xəbər Lenti