Çərşənbə, 7 Yanvar, 2026
Tarix: 05 Jan 2026 17:21
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 milyard 696 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.2% və ya 806 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 5 milyard manatı elektron ticarət, 1 milyard 973 milyon manatı POS-terminallar, 1 milyard 360 milyon manatı bankomatlar, 327 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il dekabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 97 min təşkil edib.
Şükran Məmmədov kredit kartları ilə aparılan əməliyyatlar Kredit kartları Elektron ticarət