Cümə axşamı, 26 Mart, 2026
Tarix: 13 Jan 2024 07:11
Ermənistanın Stepanavan şəhərinin meri qəbuluna gələn vətəndaşı bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumat erməni teleqram kanallarında yayılıb.
Hadisə ilə bağlı zərərçəkənin vəkili Aleksandr Koçubayev bildirib ki, mer müraciət edən vətəndaşın boğazını bıçaqla kəsməyə çalışıb:
“Müvəkkilim əmək qabiliyyəti haqqında arayış verilməsini şəhər merindən xahiş edib. Bundan sonra mer bıçaqla onun boğazını kəsməyə cəhd edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunsa da, istintaq yubadılır”. Qeyd edək ki, şəhər meri Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvüdür.