KİV: İsrailin Qəzza zolağının cənubuna endirdiyi zərbələr nəticəsində 10 nəfər ölüb

Tarix: 13 Jan 2024 08:09

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında fələstinli qaçqınların məskunlaşdığı evə endirdiyi hava zərbəsi nəticəsində aralarında uşaqların da olduğu 10 mülki şəxs ölüb, digərləri isə yaralanıb.

APA xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail döyüş təyyarələri Deyr əl-Bələhdəki Əl-Əqsa xəstəxanası ərazisinə də bir sıra əməliyyatlar həyata keçirib.

Artilleriya Əl-Bureyc, Əl-Maqazi, qaçqın düşərgələrini atəşə tutub.

İsrailin Qəzza müharibəsi başlayandan indiyədək 23 min 700-dən çox fələstinli həlak olub, 60 mindən çoxu isə yaralanıb.

Xəbər Lenti