Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Tarix: 13 Jan 2024 10:56

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin X səhifəsində yazılıb.

“Pençe-Kilit antiterror əməliyyatı bölgəsində #Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd olunur.

Xəbər Lenti