Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 13 Jan 2024 15:54
Türkiyə ordusu ötən gecə Suriyanın şimalında 12 terrorçunun ölkə ərazisinə sızma cəhdinin qarşısını alıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əlavə olunub ki, əməliyyat nəticəsində 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib.