Çində kömür mədənindəki partlayışda 10 nəfər ölüb - İtkin düşənlər var

Tarix: 13 Jan 2024 17:54

Ötən gün Çinin Henan əyalətində kömür mədənində baş verən partlayışda 10 işçi həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı mədəndə olan 425 işçidən 6-sı itkin düşüb.

Digər işçilərin şaxtadan sağ-salamat çıxarıldığı bildirilir.

Xəbər Lenti