Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 13 Jan 2024 21:01
Qəzzada gedən döyüşlərdə İsrail ordusunun yüksək rütbəli zabiti həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı mayor Den Videnbaum Qəzza zolağının mərkəzi küçəsində ölüb.
Xatırladaq ki, İsrail-HƏMAS arasındakı hərbi əməliyyatlar 99 gündür davam edir.