Qarlı havada itkin düşən Ermənistan ordusunun hərbçisi ölüb - YENİLƏNİB

Tarix: 14 Jan 2024 15:11

Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ölüb.

APA-nın “Pastinfo"-ya istinadən verdiyi xəbərə görə, valideynlərinə artıq hərbçinin meyitinin tapıldığı bildirilib.

Hələ ki, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yaymayıb.

***

13 yanvar saat 22.44

Döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbçi ilə əlaqə kəsilib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 13-də son dərəcə əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ilə əlaqə kəsilib.

Güclü qar və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam edir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür”, - deyə nazirlikdən bildirilib.

Xəbər Lenti