Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 14 Jan 2024 21:15
Danimarkanın yeni kralı X Frederik olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, II Marqret bu gün Kristiansborq sarayında keçirilən mərasimdə taxtdan imtina barədə sənədə imza atıb.
Bununla da onun oğlu X Frederik rəsmən yeni kral olub.
Qeyd edək ki, II Marqret 52 il Danimarkanın kraliçası olub. 83 yaşlı kraliça Yeni il müraciətində taxtdan imtina edəcəyini açıqlamışdı.