Netanyahu Livanda yeni bir əməliyyat üçün ABŞ-ın dəstəyini alıb

Tarix: 08 Jan 2026 04:23

İsrail Livanda yeni bir hərbi əməliyyat üçün ABŞ-ın dəstəyini əldə edib.

APA xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası olan Kan məlumat yayıb.

Məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu İsrail hökumət üzvlərinə ABŞ prezidenti Donald Trampdan belə bir əməliyyat üçün yaşıl işıq aldığını bildirib.

Məlumatda əməliyyatın məqsədinin “Hizbullah”ı tərksilah etmək olduğu bildirilir.

Xəbər Lenti