İslandiyada lava axını evlərə çatıb - Video

Tarix: 14 Jan 2024 23:46

İslandiyanın Reykyanes yarımadasında vulkan püskürüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, lava axını Qrindavik şəhərindəki evlərə çatıb. Evlərdən ikisi külə dönüb. 

Qeyd edək ki, ölkənin cənub-qərbində yerləşən vulkanın püskürməsi səbəbilə bölgədə fövqəladə vəziyyət elan edilib.

Qrindavik sakinləri təxliyə edilib.

Xəbər Lenti