Qazaxıstan Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edilib

Tarix: 15 Jan 2024 07:42

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sultan Kamaletdinovu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.

APA xəbər verirk ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Kamaletdinov Sultan Burkutbaeviç Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib, o, əvvəllər tutduğu vəzifədən azad edilib", - ölkə rəhbərinin sərəncamında deyilir.

Kamaletdinov 1965-ci ildə anadan olub. 2021-ci ilin noyabr ayından müdafiə nazirinin müavini vəzifəsində çalışır.

Tokayevin sərəncamı ilə ilə Marat Xusainov Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tərk edib. Bundan əlavə Ruslanbek Bekzjigitovu Təhlükəsizlik Şurasının hərbi təhlükəsizlik və müdafiə şöbəsinin müdiri vəzifəsindən azad edib.

Xəbər Lenti