Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini dəstəkləyib

Tarix: 08 Jan 2026 09:01

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsinin hazırlanmasını dəstəkləyib.

APA xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem öz “X” hesabında məlumat verib.

"Bu gün prezident Donald Trampla bir sıra məsələlər üzrə çox məhsuldar görüşdən sonra o senator Riçard Blumental və bir çox başqaları ilə birlikdə üzərində uzun aylardır işlədiyim Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsini dəstəklədi",- Qrem bildirib.

Xəbər Lenti