Cümə, 9 Yanvar, 2026
Tarix: 08 Jan 2026 11:15
Pakistan və Səudiyyə Ərəbistanı təxminən 2 milyard dollar həcmində Səudiyyə kreditinin JF-17 “Thunder” qırıcı təyyarələrinin alınması üzrə sazişə çevrilməsi ilə bağlı danışıqlar aparır.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, sözügedən addım ötən il iki ölkə arasında imzalanmış qarşılıqlı müdafiə sazişindən sonra Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın daha da dərinləşdiyini göstərir.
Qeyd edilib ki, danışıqlar Pakistanın ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi, Səudiyyə Ərəbistanının isə Yaxın Şərqdə ABŞ-ın təhlükəsizlik öhdəlikləri ilə bağlı yaranmış qeyri-müəyyənlik fonunda tərəfdaşlıqlarını yenidən formalaşdırdığı bir dövrdə aparılır.
Mənbələrin məlumatına görə, ümumi razılaşmanın həcmi 4 milyard dollara çata bilər.
Xatırladaq ki, JF-17 “Thunder” qırıcı təyyarələri Pakistan və Çin tərəfindən birgə hazırlanıb və Pakistanda istehsal olunur.
İlqar Xudiyev Pakistan Səudiyyə Ərəbistanı J-17