Tramp: ABŞ Venesuelaya bir ildən çox nəzarət edə bilər

Tarix: 08 Jan 2026 12:21

ABŞ-ın Venesuelaya nəzarəti bir ildən çox çəkə bilər.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Times”a bildirib.

O deyib ki, Amerikanın Venesuela üzərində nəzarətinin nə qədər davam edəcəyini yalnız zaman göstərəcək.

ABŞ lideri bu zamanın 3-6 ay və ya 1 il çəkəcəyi ilə bağlı suala isə belə cavab verib: “Mən daha uzun müddət deyərdim”.

Tramp Venesuelanı qazanclı şəkildə yenidən quracaqlarını qeyd edib: “Neftdən istifadə edəcəyik və nefti götürəcəyik. Neft qiymətlərini aşağı salacağıq və Venesuela xalqına pul verəcəyik. Onların buna çox ehtiyacı var”.

Toğrul Quluzadə ABŞ Tramp Venesuela

Xəbər Lenti